“Toronto”da serbiyalı məşqçi
11.06.2023 - 17:09
“Toronto”da serbiyalı məşqçi

NBA təmsilçisi “Toronto”ya serbiyalı mütəxəssi rəhbərlik edəcək.

Apasport.az-ın məlumatına görə, Darko Racakoviç komandaya baş məşqçi təyin olunacaq.

Racakoviç bunadək NBA-da bir çox klublarda köməkçi-məşqçi funksiyasını yerinə yetirib. O, ilk dəfə baş məşqçi vəzifəsini tuatacaq.

Qeyd edək ki, “Toronto”nun baş məşqçisi Nik Ners mövsümün sonunda komandadan ayrılıb. O, 2019-cu ildə “Reptors”a tarixində ilk çempionluq titulunu qazandırıb.
 

0