"Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib  
01.05.2024 - 22:24
"Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib  

1 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Apasport.az xəbər verir ki, pley-off 'un 1/4 final mərhələsində, "Xəzri" və "Sərhədçi" komandaları arasında seriyanın birinci oyununda, debütant "Xəzri" 98-64 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 1-0 hesablı üstünlük əldə edib.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Ceremi Maklaflin - 35 xal, 12 ribaund), "Sərhədçi" (Kaleb Hanter - 14 xal, 3 ribaund). 

Qeyd edək ki, komandalar arasında seriyanın ikinci oyunu 3 may tarixində baş tutacaq

0