"Xəzri" və "Neftçi" FİNALDA
17.04.2024 - 21:32
"Xəzri" və "Neftçi" FİNALDA

Bu gün basketbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Apasport.az xəbər verir ki, hər 2 matç Bakıda “Sərhədçi” İdman Mərkəzində baş tutub.

Günün ilk oyununda NTD-İNDİQO “Xəzri” ilə qarşılaşıb. Hər 2 komandanın finala çıxmaq şansları bərabər idi. İlk periodda 17 xallıq fərq əldə edən paytaxt basketbolçuları üstünlüyü sonadək qoruyub.

Digər cütdə isə “Neftçi” ilə “Sərhədçi” üz-üzə gəlib. Matç "ağ-qaralar"ın üstünlüyü ilə keçib və onlar asan qələbə qazanıblar.

Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat 15:00-da start götürəcək.

Azərbaycan kuboku
Yarımfinal
17 aprel

16:00. NTD-İNDİQO – “Xəzri” - 73:78 (14:31, 24:15, 17:13, 18:19)
19:30. “Neftçi” – “Sərhədçi” - 91:73 (31:22, 21:20, 20:16, 19:15)

0