Yığmamız Lüksemburqa qalib gəldi
25.07.2022 - 16:42
Yığmamız Lüksemburqa qalib gəldi

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında ilk oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Lüksemburqla üz-üzə gəlib. 

Görüş təmsilçimizin 75:71 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli qrupdakı növbəti matçını Cəbəllütariq komandasına qarşı keçirəcək. Oyun iyulun 26-da Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
 

0