Yunanıstanın basketbol liqasından türklər barədə tarixi qərar
10.02.2023 - 23:43
Yunanıstanın basketbol liqasından türklər barədə tarixi qərar

Yunanıstanın basketbol üzrə çempionatında bu turun oyunlarında atılan hər say üçün 10 avro Türkiyə və Suriyadakı zəlzələ qurbanlarına veriləcək.

Apasport.az xəbər verir ki, bu pul Yunanıstan Qızıl Xaç Cəmiyyətinə yatırılacaq.

XVI tur matçlarından əvvəl 1 dəqiqəlik sükut olacaq.

Bundan başqa, çempionatın rəhbərliyinin də ayrılıqda ianə edəcəyi bildirilib.

0