13 min əmsallıq sensasiyalı kuponu SATDI
02.12.2022 - 18:00
13 min əmsallıq sensasiyalı kuponu SATDI

Bukmeker kontorlarında DÇ-2022 ilə bağlı daha bir qeyri-adi kupon qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 12-ci oyun günündə baş tutan E qrupunun matçlarına mərc edib.

O, son turun Yaponiya – İspaniya və Kosta-Rika – Almaniya görüşlərinə sensasiyalı proqnozlar verib. Better cəmi 2 funt sterlinqlə risk edib.

Kontorun müştərisi Yaponiya – İspaniya matçında 76 əmsala üstünlük verib. O, 1-ci hissəni ikincilərin, oyunu birincilərin (2/1) qazanacağını proqnozlaşdırıb. Better Almaniyanın məğlub olacağına və görüşün 3,5 Üst gələcəyi ilə bağlı 176 əmsala mərc edib. 

Bu kuponun ümumi əmsalı 13376-ya bərabər olub. Paralel keçirilən qarşılaşmaların gedişində betterin istədiyinə doğru gedib.

Həmin vaxt bukmekerlər ona kuponu satmağı təklif edib. Proqnozsevər 1178 funt qarşılığında mərci dayandırıb.

Qeyd edək ki, Yaponiya ilk yarısında 0:1 hesabı ilə uduzduğu qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Kosta-Rika Almaniya ilə görüşdə hesabda irəlidə olsa da, sonda 2:4 hesabı ilə uduzub.

0