Təmsilçimiz Paris-2024-də mübarizəyə başlayır
25.07.2024 - 09:47
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.
O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0