AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
21.02.2025 - 02:44
AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə “Alkmaar”ı qəbul edib.

"Sarı-qırmızılılar" 1:4 hesablı görüşün revanşında rəqibi ilə bacarmayıb. Qarşılaşma 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, "Qalatasaray" Avropa Liqası ilə vidalaşıb.

Doğma meydanda "Anderlext"i darmadağın edən (3:0) "Fənərbaxça" isə səfər matçına bir qədər rahat çıxıb. Joze Mourinyonun yetirmələri İstanbulda ətdə etdikləri avantajı qoruyub saxlayıblar.

Görüş 2:2 hesablı bərabərliklə nəticələnib. Bununla da, "Fənərbaxça" 1/8 finala yüksəlib.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları

20 fevral

21:45. “Bodo Qlimt” (Norveç) - “Tvente” (Niderland) 3:2

İlk oyun - 1:2

21:45. “Qalatasaray” (Türkiyə) - "AZ Alkmaar" (Niderland) 2:2

İlk oyun - 1:4

21:45. FCSB (Rumıniya) - PAOK (Yunanıstan) 2:0

İlk oyun - 2:1

21:45. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) 2:3

İlk oyun - 1:1

00:00. “Ayaks” (Niderland) - "Yunion" (Belçika) 1:2

Ilk oyun - 2:0

00:00. “Viktoriya” (Çexiya) - “Ferentsvaroş” (Macarıstan) 3:0

İlk oyun - 0:1

00:00. “Real Sosyedad” (İspaniya) - “Midtyullan” (Danimarka) 5:2

İlk oyun - 2:1

00:00. “Anderlext” (Belçika) - “Fənərbaxça” (Türkiyə) 2:2

İlk oyun - 0:3

Avropa Liqası