Aktürkoğlu dubl etdi, “Fənər” AL-də ilk qələbəsini qazandı - YENİLƏNİB
02.10.2025 - 22:40
Aktürkoğlu dubl etdi, “Fənər” AL-də ilk qələbəsini qazandı  - YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turnirdə Türkiyəni təmsil edən yeganə komanda olan “Fənərbaxça” öz meydanında Fransanın “Nitsa” klubu ilə üz-üzə gəlib.

Görüşə Bakı vaxtı ilə saat 20:45-də start verilib.

Oyunun taleyi ilk hissədə həll olunub. Kerem Aktürkoğlunun dublu İstanbul klubuna 3 xal qazandırıb - 2:1.

UEFA Avropa Liqası
Liqa mərhələsi
II tur 
20:45. “Fənərbaxça” (Türkiyə) – “Nitsa” (Fransa) 2:1

Qol: K. Aktürkoğlu, 3, 25, K. Karlos, 37