AL: “Qarabağ”dan ikinci qol - YENİLƏNİR
09.07.2026 - 20:44
“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunu Moldovadan olan hakimlər idarə edəcəklər.
Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi
20:00. "Qarabağ" – "Vestri" 2:0
Baş hakim: Roman Jitari (Moldova).
Tofiq Bəhramov adına Respublika stadionu.
0
0