“Arsenal”dan 100 milyonluq transfer
16.05.2023 - 23:11
“Arsenal”dan 100 milyonluq transfer

“Arsenal” Deklan Raysı transfer etməyi ciddi düşünür.

Apasport.az saytı xəbər verir ki, “topçular” yarımmüdafiəçi üçün 100 milyon avrodan yuxarı ödəməyə hazırdır.

Raysın “Vest Hem”lə müqaviləsi 2024-cü ilin yayında bitəcək. Komandanın heyətində 11 il keçirən təcrübəli müdafiəçi titul qazana biləcəyi kluba getməyi arzulayır. “Arsenal” onun üçün həftədə 345 min avro ödəməyi planlaşdırır.

Qeyd edək ki, Rays bu mövsüm “Vest Hem”in heyətində 46 oyunda dörd qol vurub və 4 ötürmə edib.
 

0