AVRO-2024-ün son iştirakçıları da bəlli oldu
27.03.2024 - 02:30
AVRO-2024-ün son iştirakçıları da bəlli oldu

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, turnirin son iştirakçıları müəyyənləşib.

Həmin komandaların adlarına A, B və C yolu üzrə final görüşlərindən sonra aydınlıq gəlib. Gürcüstan Yunanıstanla qarşılaşıb. 120 dəqiqə ərzində qalib bəlli olmayıb. Penaltilər seriyasında daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib - 4:2.

Uels Polşanı qəbul edib. Əsas və əlavə vaxtında qol vurulmayan görüşdə qalib penaltilər seriyasında müəyyənləşib. 5:4 hesablı qələbə qazanan polşalılar turnirin final mərhələsinə yüksəlib.

Ukrayna isə İslandiya ilə üz-üzə gəlib. "Sarı-göylər" hesabda geri düşsə də, əzmkar qələbə qazanıb - 2:1.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

 

0