
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin görüşləri keçiriləcək.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 10 qarşılaşma baş tutacaq.
Yunanıstan təmsilçilərindən AEK öz meydanında Polşanın "Legiya" klubunu qəbul edəcək. Digər Yunanıstan klubu PAOK isə evdə Avstriyanın "Volfsberger" komandası ilə qarşılaşacaq.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
20:00. "Linkoln Red İmps" - "Noa"
20:00. "Fredrikstad" - "Midtyullan"
20:30. AEK - "Legiya"
20:30. "ÇFR Kluj" - "Braqa"
21:00. "Hakken" - "Brenn"
21:30. PAOK - "Volfsberger"
22:00. "Panatinaikos" - "Şaxtyor"
22:00. "Zrinski" - "Breyablik"
22:30. "Servett" - "Utrext"
22:30. FKSB - "Drita"