Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB
21.04.2023 - 01:50
Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi - YENİLƏNİB

UEFA Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib.

Apasport.az xəbər verir ki, sonuncu xoşbəxt komanda "Roma" olub.

Avropa Liqası
1/4 final (cavab oyunu)

"Roma" (İtaliya) – "Feyenoord" (Niderland) 4:1
Qollar: 
Spinatsola, 60. Dibala, 89. Əl-Şaaravi, 101. Pelleqrini, 108 – Payşau, 80
Qırmızı vərəqə: Ximenes, 119 ("Feyenoord")
ilk oyun – 0:1

01:14

UEFA Avropa Liqasında bu gün keçirilən görüşlərlə 3 yarımfinalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu turniri ən çox qazanmış komanda olan "Sevilya" bu dəfə "Mançester Yunayted"i evdə böyük hesabla məğlub edərək yarışın əsas favoritlərindən birini kənarlaşdırıb.

Avropa Liqası
1/4 final (cavab oyunları)

"Sevilya" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 3:0
Qollar:
 En-Nesiri, 8; 81. Bade, 47
ilk oyun – 2:2

"Sportinq" (Portuqaliya) – "Yuventus" (İtaliya) 1:1
Qollar: 
Edvards, 20 (penalti) – Rabyö, 9
ilk oyun – 0:1

"Yunion" (Belçika) – "Bayer" (Almaniya) 1:4
Qollar: 
Terho, 64 – Diabi, 2. Baker, 38. Frimponq, 60. Hlojek, 79
ilk oyun – 1:1

Qeyd edək ki, hazırda "Roma" və "Feyenoord" arasında əlavə vaxt gedir.

0