![Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarına hakim təyinatları bəlli olub](https://apasport.az/storage/news/2025/february/11/big/67ab1fbc029f967ab1fbc029fa173926802867ab1fbc029f767ab1fbc029f8.jpg)
UEFA Avropa Liqasının pley-off mərhələsində "Fənərbaxça" və "Qalatasaray"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
"Fənərbaxça"nın "Anderlext"i qəbul edəcəyi matçı Monteneqro Futbol Federasiyasından Nikola Dabanoviç idarə edəcək. Ona eyni federasiyadan Vladan Todoroviç və Sraan Yovanoviç kömək edəcək. Matçın dördüncü hakimi Miloş Boskoviç olacaq. VAR-a Paskal Müller, AVAR-a isə Robert Şröder rəhbərlik edəcək.
"Qalatasaray"ın "AZ Alkmaar"la səfər matçının baş hakimi isə Portuqaliya Futbol Federasiyasından Joao Pinheiro olacaq. Ona Bruno Jesus və Luicano Maia kömək edəcək. Joao Qonçalves matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Tiaqo Martines VAR-da, Juan Martinez Munuera isə AVAR-da olacaq.
Qeyd edək ki, "Fənərbaxça" - "Anderlext" matçı fevralın 13-ü, Bakı vaxtilə 21:45-də, "AZ Alkmaar" - "Qalatasaray" matçı isə 00:00-da start götürəcək.
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Çempionlar Liqası: "Mançester Siti" pley-offda "Real"la qarşılaşacaq - YENİLƏNİB
- Xose Luis Mendilibar: “Bu, məni utandırır”
- Qurban Qurbanov: “Futbolçularımın yanındayam”