“Bavariya”dan 6, “Borussiya”dan 5 qol
14.05.2023 - 00:24
“Bavariya”dan 6, “Borussiya”dan 5 qol

Almaniya Bundesliqasında liderlər növbəti 3 xalı aktivlərinə yazdırıblar. 

Apasport.az saytının məlumatına görə, “Bavariya” və “Borussiya” doğma azarkeşlər qarşısında böyükhesablı qələbə qazanıblar.

Rəqibindən əvvəl meydana çıxan Münhen klubu “Şalke”nin qapısından 6 cavabsız top keçirib. Bu qələbə “pivəçilər”in liderliyi qoruyacağını rəsmiləşdirib.

Dortmundda adaşını qonaq edən “Borussiya” rəqib qapısından 5 top keçirib. Nəticədə xal liderlə bir xallıq fərq qorunub. 

32-ci tur
“Bavariya” – “Şalke” – 6:0
Qollar: Müller, 21, Kimmix, 29 (pen.). Qnabri, 50; 65. Tel, 80. Mazraui, 90+2
“Borussiya” D  - “Borussiya” M – 5:2
Qollar: Malen, 5, Bellingem, 18 (pen.). Haller, 20; 32. Reyna, 90+4 – Bensabayni, 75. Ştindl, 85.
“Bohum” – “Ausburq” – 3:2
“Ayntraxt” – “Maynts” – 3:0
“Union Berlin” – “Frayburq” – 4:2
“Volfsburq” – “Hoffenhaym” – 2:1

0