“Bazel”dən növbəti sürpriz
12.05.2023 - 01:22
“Bazel”dən növbəti sürpriz

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, matçlar fərqli məcrada keçib.

“Alkmaar” səfər matçında hesabı açsa da, “Vest Hem” ikinci hissədə dönüş yarada bilib. Fasilədən sonra iki qol vuran londonlular səfərə qalib yollanacaqlar.

“Fiorentina” isə doğma azrkeşlər qarşısında qələbə hesabını qoruya bilməyib. “Bazel” fasilədən sonra Diuf və Amduinin qolları sayəsində İsveçrəyə final ümidi ilə dönüb.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar

“Fiorentina” – “Bazel” – 1:2  
Qollar:
Kabral, 25 – Diuf, 71. Amduni, 90+2

“Vest Hem” – “Alkmaar” –  2:1
Qollar:
Benrahma, 67 (pen.). Antonio, 76 – Reinders, 42
 

0