Belçika Almaniyaya Kurtuasız yollanacaq
06.12.2023 - 21:44

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua 2024-cü ildə keçiriləcək Avropa çempionatına getməyəcəyini klubuna bildirib.
Apasport.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper avqustda aldığı ağır diz zədəsindən sonra hazırda reabilitasiya ilə məşğuldur. O, 2024-cü ilin mayına qədər oynaya bilməyəcək.
Qeyd edək ki, Belçika millisi AÇ-2024-də E qrupunda Slovakiya, Rumıniya və Millətlər Liqasının pley-off mərhələsinin B yolunun qalibi ilə qarşılaşacaq.
- Çempionlar Liqası: "Mançester Siti" pley-offda "Real"la qarşılaşacaq - YENİLƏNİB
- Xose Luis Mendilibar: “Bu, məni utandırır”
- Qurban Qurbanov: “Futbolçularımın yanındayam”
- Avropa Liqasında yoluna davam edən “24-lük” - SİYAHI
- "Beşiktaş" Avropayla vidalaşdı, "Fənər" və "Qalatasaray" pley-offda - YENİLƏNİB
0
0