"FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün Bolqarıstan millisi Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi İliyan İliyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Azərbaycan millisi sizi təəccübləndirə bildi?
- Xeyr, təəccüblənmədim. Azərbaycan yaxşı komandadır. Onların İsveç və Avstriyaya qarşı matçlarını izləmişdik. "Qarabağ" avrokuboklarda yaxşı çıxış edir. Millidə yaxşı oyunçular oynayır.
- Millidə oğlunuz İliyan İliyev çıxış edir. Onun çıxışından razı qaldız?
- Millinin oyunçuları ilə bağlı istəmirəm hansısa şərh verim. İstər oğlum olsun, ya başqası.
- Hakimin simpatiyasını hiss etdiz, yoxsa ədalətli nəticə oldu? Çünki vurduğunuz qoldan öncə top bolqarıstanlı oyunçudan çıxmışdı...
- Çox yaxşı oyun alındı. Hər üç nəticə mümkün idi. Azərbaycanın da hesab 0:0 olarkən şansları var idi. Biz də 1:0 öndə olanda, növbəti qolu vura bilərdik. Ədalətli nəticə oldu. Gəlin hakimə yüklənməyək. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi.
- “Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
- “Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
- MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB