Braziliya millisinin daha bir futbolçusu sıradan çıxdı
03.12.2022 - 20:44
Braziliya millisinin daha bir futbolçusu sıradan çıxdı

Braziliya millisinin sol cinah müdafiəçisi Aleks Telis DÇ-2022-nin qrup mərhələsində Kamerun millisi ilə matçda (0:1) ciddi zədə alıb.

Apasport.az xəbər verir ki, müayinədən sonra ona dizində qismən bağ yırtığı diaqnozu qoyulub. "Mançester Yunayted"ə məxsus olan, "Sebilya"da icarə əsasında çıxış edən futbolçunun əməliyyata ehtiyacı olacağı ehtimal edilir.

Xatırladaq ki, Braziliya millisində bundan əvvəl daha iki müdafiəçi zədələnib. Bunlar Aleks Sandro və Danilodur. Həmçinin "Arsenal"ın hücumçusu Qabriel Jezusun yanvaradək futbol oynamayacağı və mundialla erkən vidalaşdığı bildirilir.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/8 finalında dekabrın 5-də Cənubi Koreya ilə qarşılaşacaq.

0