
İngiltərə Premyer Liqasında təxirə salınmış London derbisi baş tutub.
Apasport.az xəbər verir ki, formada olan "Fulhem" enişdə olan "Çelsi"ni qəbul edib.
Bu matçda "Atletiko"dan icarəyə götürülmüş portuqaliyalı hücumçu Juau Feliks start heyətdə meydana çıxmaqla debüt edib. Lakin onun debütü uğursuz olub. Fərqlənə bilməyən Feliks 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoyub. Görüşün qalibi isə "Fulhem olub – 2:1.
Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanan "Fulhem" 31 xalla 6-cı sıradadır. 3-ü Premyer Liqa matçı olmaqla, son 4 matçda qələbə üzünə həsrət qalan "Çelsi" isə 25 xalla 10-cudur.
- DÇ-2026: Kolumbiyadan darmadağın, Argentinadan minimalhesablı məğlubiyyət
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
- DÇ-2026: Norveçdən 11 qol, Haalanddan penta-trik - YENİLƏNİB
- Elnur Çodarov: “Oyunu yüksək qiymətləndirirəm”