"Çelsi" Norveçdən afrikalı hücumçu aldı
28.12.2022 - 20:59
"Çelsi" Norveçin "Molde" klubunun hücumçusu Datro Fofananın transfer olunduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, London klubu "Molde" ilə əldə olunan ilkin razılıq barədə məlumat yayıb. Futbolçu yanvarın 1-dən "zadəganlar"a qoşulacaq.
"Çelsi"nin 20 yaşlı hücumçu üçün 12 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan futbolçu Norveçin yüksək liqasında bu il 24 oyuna çıxıb və 15 qol vurub. O, "Molde"nin bombardiridir.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0