
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Milan” “Feyenoord”u qəbul edib.
Komandalar arasındakı birinci oyunda niderlandlılar qələbə qazanıb - 1:0. Cavab matçında qollu bərabərlik qeydə alınıb. Bu hesab Rotterdam təmsilçisinə sərf edib. Komanda 1/8 final mərhələsinə yüksəlib.
“Bavariya” Münhendə “Seltik”i sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən matç 1:1 hesabı ilə nəticələnib.
"Brügge" səfərdə "Atalanta"dan güclü olub. Komanda rəqibini 3:1 hesabı ilə üstələyib.
"Benfika" isə "Monako" səddini adlayıb. İlk oyunda minimalhesablı qələbəyə sevinən portuqaliyalılar cavab görüşündə 3:3 hesablı heç-heçəyə nail olub. Komandanın heyətində Kerem Aktürkoğlu və Orkun Kökçü də fərqlənib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
18 fevral
21:45 "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) 1:1
İlk oyun 0:1
00:00 "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) 1:3
İlk oyun 1:2
00:00 "Bavariya" (Almaniya) – "Seltik" (Şotlandiya) 1:1
İlk oyun 2:1
00:00 "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) 3:3
İlk oyun 1:0
- ÇL: "Real" və PSJ növbəti mərhələdə, "Yuventus" mübarizəni dayandırdı - YENİLƏNİB
- "Feyenoord" 25 il sonra ÇL-in 1/8 finalına yüksəlib
- İbrahimoviç "Milan"ın ÇL-ə vida etməsi ilə bağlı: "Hakim qəddar idi"
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
- Qvardiola: “Siti”nin "Real"dan güclü olduğu tərəflər var"