ÇL: "Borussiya" və "Atletiko" 1/4 finalda - YENİLƏNİB
14.03.2024 - 02:43
ÇL: "Borussiya" və "Atletiko" 1/4 finalda - YENİLƏNİB

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub. 

Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub. 

A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olub. İlk oyunda 1:0 qələbə qazan İtaliya təmsilçisi cavab oyununa üstünlüklə çıxsa da, minimal hesabla məğlub olub və matç əlavə vaxta gedib. Penaltilər seriyasında daha dəqiq oynayan madridlilər adlarını 1/4 finala yazdırıblar. 

Digər qarşılaşmada “Borussiya” Dortmundda PSV-ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumi hesabda rəqibini 3:1 məğlub edən Dortmund təmsilçisi qitənin ən güclü 8 komandası arasına girib. 

Çempionlar Liqası

1/8 final mərhələsi

00:00. "Borussiya Dortmund" - PSV 2:0

Qollar: Sanço, 3, Roys, 90+5

00:00. "Atletiko Madrid" - "İnter" 2:1 (penaltilər seriyası: 3:2)

Qollar: Dimarko, 33, Qrizmann, 35, Depay, 87

0