ÇL: 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB
13.03.2025 - 02:45
ÇL: 1/4 finalçılar müəyyənləşib - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, günün birinci matçında Dortmund “Borussiya”sı səfərdə “Lill”in qonağı olub.

Ev sahibləri ilk hissəni qalib vursalar da, qonaqlar 2:1 hesanı ilə rəqibini məğlub etməyi bacarıb. Bu nəticə ilə "Dortmund" adını 1/4 final mərhələsinə yazdırıb.

Gecənin ilk matçında "Arsenal" öz meydanında PSV-ni qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara 4 top vurulub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Aston Villa" isə ilk hissəsi qolsux yekunlaşan matçda "Brügge"ni 3 cavabsız qolla məğlub edib - 3:0.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

12 mart

21:45. “Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2

İlk oyun - 1:1.

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0, Pen. (3:4)

İlk oyun - 1:2.

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2

İlk oyun - 7:1.

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika) 3:0

İlk oyun - 3:1.