Daha bir qadın güləşçimiz Avropa çempionatının qalibi olub
12.03.2025 - 22:22
Azərbaycanın daha bir qadın təmsilçimiz Elnurə Məmmədova (53 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçimiz finalda rusiyalı Yekaterina Karpuşkinaya (UWW) 3:0 hesabıyla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl qadın güləşçilərin mübarizəsində Günay Qurbanova (59 kq) qızıl medala sahib çıxıb.
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
0
0