ÇL: “Qarabağ”ın rəqibləri bəlli olur - YENİLƏNİR
28.08.2025 - 10:33

UEFA Çempionlar Liqasının bu mövsümkü liqa mərhələsində iştirak edəcək 36 klubun adı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi baş tutacaq.
Tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunacaq. Mərasim saat 20:00-da start götürəcək.
Təmsilçimiz "Qarabağ" püşkatmada dördüncü səbətdə yer alacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.
0
0