Daha bir komanda AVRO-24-ə vəsiqə qazanıb - YENİLƏNİB
20.11.2023 - 02:01
Daha bir komanda AVRO-24-ə vəsiqə qazanıb - YENİLƏNİB

Bu gün AVRO-2024-ün seçmə mərhələsində X tura start verilib. 

Apasport.az xəbər verir ki, turun ilk günündə 9 matç baş tutub. 

Bu oyunlardan sonra daha bir komanda  final mərhələsinə vəsiqə qazanıb. Bu qrupun son matçında Bolqarıstanla bərabərə qalan Serbiya yığması olub. 

Qeyd edək ki, bunadək Fransa, Türkiyə, İspaniya, Şotlandiya, Belçika, Avstriya, Portuqaliya, Rumıniya, İsveçrə və İngiltərə final mərhələsinə vəsiqə qazanıb. Almaniyadakı turnir 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.


AVRO-2024-ün seçmə mərhələsi
X tur
19 noyabr
A qrupu
23:45. Şotlandiya - Norveç 3-3

23:45.  İspaniya - Gürcüstan 3-1
Xal durumu: İspaniya – 21 (8), Şotlandiya – 17 (8), Norveç – 11 (8), Gürcüstan – 8 (8), Kipr – 0 (8)

F qrupu
21:00. Belçika - Azərbaycan 5:0

21:00. İsveç - Estoniya 2:0
Xal durumu: Avstriya - 19 (8), Belçika - 20 (8), İsveç - 10 (8), Azərbaycan - 7 (7), Estoniya - 1 (7)

G qrupu
18:00. Macarıstan - Monteneqro 3-1

18:00. Serbiya - Bolqarıstan 2-2
Xal durumu: Macarıstan – 18(8), Serbiya – 14 (8), Monteneqro – 11 (8), Litva - 6 (8), Bolqarıstan – 4 (8)

J qrupu
23:45. Bosniya və Herseqovina - Slovakiya 1-2

23:45. Portuqaliya - İslandiya - 2-0
23:45. Lixtenşteyn - Lüksemburq 0-1
Xal durumu: Portuqaliya – 30 (10), Slovakiya – 22 (10), Lüksemburq – 17 (10), İslandiya - 10 (9), Bosniya və Herseqovina – 9 (10), Lixtenşteyn – 0 (10)

0