Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından öncə qonaqların futbolçusu Daniele Ruqani mətbuat konfransında iştirak edib.
- “Qarabağ”ı necə xarakterizə edərdiniz?
- Onların oyunlarına baxmışıq. “Qarabağ”ı ciddi təhlil etmişik. Onlar güclü komandadır. Təhlükəli rəqibdir. Onların Avropada böyük təcrübəsi var.
- Sabah bütün oyunu oynamağa hazırsınız?
- Bakıya qələbə üçün gəlmişik. Çətin olacaq, amma oynaya bildiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, komandaya nəticə əldə etməyə kömək edə biləcəm.
- Dünən hava limanında probleminiz olub?
- Elektron viza ilə bağlı problem yaranıb. Viza səhv doldurulub. Bakı hava limanında üç saat qaldım.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”