DÇ-2022: Qrup mərhələsinin RƏMZİ KOMANDASI
03.12.2022 - 17:33
DÇ-2022: Qrup mərhələsinin RƏMZİ KOMANDASI

DÇ-2022-nin qrup mərhələsini rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “WhoScored” Qətərdəki mundialın arxada qalan 48 matçından sonra ən yaxşı “11-liy”i müəyyənləşdirib.

Heyətə ən azı 2 matç keçirən ən yüksək reytinqli oyunçular daxil edilib. 4-3-3 sxemi ilə tərtib edilən komandada yalnız Fransa birdən artıq oyunçu ilə təmsil olunub. Son dünya çempionunun üç üzvü “11-liy”ə düşüb.

Qapıçı: Voytseh Şensnı (Polşa) – 8,22;
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş) – 7,51, Jan-Şarl Kastelletto (Kamerun) – 7,71, Harri Maquayr (İngiltərə) - 7,43, Teo Ernandes (Fransa) - 7,98;
Yarımmüdafiəçilər: Kazemiro (Braziliya) - 7,89, Frenki de Yonq (Niderland) - 7,75, Brunu Fernandeş (Portuqaliya) - 8,36;
Hücumçular: Antuan Qrizmann (Fransa) – 7,73, Kilian Mbappe (Fransa) – 7,84, Lionel Messi (Argentina) – 7,87.
 

0