DÇ-2026: İngiltərə Fransaya qarşı - YENİLƏNİR
19.07.2026 - 02:29
DÇ-2026: İngiltərə Fransaya qarşı - YENİLƏNİR

Bu gün 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşir. 

Apasport.az xəbər verir ki, Fransa və İngiltərə milliləri bürünc medal üçün üz-üzə gəlirlər. 

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb. 

Oyun qolla başlayıb. 3-cü dəqiqədə Deklan Rays İngiltərə millisini hesabda önə keçirib: 1:0.

18-ci dəqiqədə ingilislər hesabı 2:0 ediblər. Ezri Konsa başla dəqiq oynayıb. 

37-ci dəqiqədə Bukayo Saka İngiltərənin 3-cü qolunu vurub. "Arsenal"ın vingeri 46-cı dəqiqədə özünün ikinci, komandasının 4-cü qolunu vurub. İlk hissə 4:0 hesabıyla başa çatıb. 

İkinci hissənin əvvəlində Fransa fərqi azaldıb. 48-ci dəqiqədə Kilian Mbappe fərqlənib: 1:4

54-cü dəqiqədə Barkola hesab arasındakı fərqi 2 topa endirib: 2:4.

Mbappe 66-cı dəqiqədə fərqi minimuma endirib: 3:4.

DÇ-2026
3-cü yer matçı

01:00. Fransa – İngiltərə 3:4

Qol: D. Rays, 3, E.Konsa, 18, B. Saka, 37, 45+1, K. Mbappe, 48, 66, B. Barkola, 54

Fransa: Menyan, Gusto, Konate, Lakrua, Ernandes, Zair-Emeri, Rabio, Olise, Şerki, Due, Mbappe

İngiltərə: Henderson, Spens, Guehi, Konsa, Kuansah, Rays, Reşford, Rocers, Eze, Saka, Toni