DÇ-26: İngiltərə Meksikaya qarşı - YENİLƏNİR
06.07.2026 - 05:39
DÇ-26: İngiltərə Meksikaya qarşı - YENİLƏNİR

DÇ-2026-nın 1/8 final mərhələsində növbəti oyun keçiriləcək.

Apasport.az xəbər verir ki, Meksika millisi İngiltərə ilə üz-üzə gəlir.

Oyun Bakı vaxtı ilə saat 05:00-da start götürüb.

Görüşə Meksika millisi daha fəal başlasa da hesabı ingilislər açıb. 36-cı dəqiqədə Sakanın ötürməsindən sonra Bellinqem topu başla qapıdan keçirib: 1:0.

Meksikalılar qolun şokundan ayılmamış Bellinqem 2 dəqiqə sonra özünün və komandasının 2-ci qolunu vurub. 

Çox keçməmiş ev sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. 42-ci dəqiqədə Kinyones fərqlənib. İlk hissə İngiltərə millisinin üstünlüyü ilə başa çatıb: 2:1.

Cütün qalibi 1/4 finalda Norveç millisi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
6 iyul
04:00. Meksika  -  İngiltərə 1:2

Qol: C. Bellinqem, 36, 38, Kinyones, 42

Meksika: Rangel, Sançes, Montes, Vaskes, Qalyardo, Mora, Lira, Romo, Alvarado, Ximenes, Kinyones

İngiltərə: Pikford, O'Rayli, Guehi, Konsa, Kuansa, Rays, Anderson, Qordon, Bellinqem, Saka, Keyn