Dünya çempionu “Liverpul”da
20.05.2023 - 21:32
Dünya çempionu “Liverpul”da

Aleksis Mak Alister yayda “Brayton”u tərk edəcək.

Apasport.az saytı xəbər verir ki, argentinalı futbolçu “Liverpul”a keçəcək.

Yayılan məlumatlara görə, tərəflər arasında transfer tam razılaşdırılıb. Transfer rəqəmi açıqlanmasa da, mersisaydlıların tələb olunan məbləği ödədikləri qeyd olunur.

Qeyd edək ki, Mal Alister Argentina yığmasının heyətində dünya çempionu olub.

0