Dzeko Giqqzi izləyir
11.05.2023 - 00:13
Dzeko Giqqzi izləyir

Edin Dzeko Çempionlar Liqasının pley-offunda fərqlənən ikinci yaşlı futbolçu olub.

Apasport.az-ın məlumatına görə, Milan derbisində hesabı açan bosniyalı hücumçu 37 yaş 54 günündə buna nail olub. Bu göstəricidə ilk pillədə “Mançester Yunayted”in üzvü Rayan Giqqz qərarlaşıb. 

Qeyd edək ki, uelsli futbolçu 37 yaş 148 günündə “Şalke”nin qapısına yol tapıb.
 

0