.Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin Albaniyanın “Eqnatiya” klubunu dəyişməsi üçün şərt açıqlanıb.
Apasport.az xəbər verir ki, komandanın prezidenti Aqim Demrozi bunun yalnız böyük məbləğə rəsmiləşə biləcəyini deyib.
Onun sözlərinə görə, İsgəndərlinin transferləri ilə bağlı xəbərlərə mətbuatda rast gəlib: “Biz nəinki oyunçu satmaq, mövcud heyəti qorumağa və komandaya yeni futbolçuları dəvət etməyə çalışırıq. İsgəndərlini yalnız bir halda sata bilərik. Bunun üçün də onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”.
Qeyd edək ki, İsgəndərlinin Türkiyə, Polşa və Rumıniyadan təkliflər var. “Eqnatiya” isə 18 turdan sonra 37 xalla turnir cədvəlinin lideridir.
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB