“Espanyol”a ümid verən bir xal
25.05.2023 - 01:54
“Espanyol”a ümid verən bir xal

İspaniya Primerasında 36-cı turun daha beş oyunu keçirilib.

Apasport.az saytı xəbər verir ki, tur Madrid klubları üçün fərqli nəticələnib.

“Real” öz meydanında “Rayo Valekano”ya qalib gəlib, “Atletiko” isə səfərdə “Espanyol” ilə xalları yarıya bölüb. Oyun gedişində 0:3 hesabı ilə məğlub vəziyyətə düşən “Espanyol” sonda heç-heçəyə nail olub. Qazanılan 1 xal komandaya böyük ümid verib. 19-cu pillədə qərarlaşan kataloniyalıları 16-cı pillədən üç xal ayırır.

Avropa Liqasının finalçısı “Sevilya” autsayderlə görüşdə xal itirərək, qitəmiqyaslı turnirlərə vəsiqə verən 7-ci pilləyə yüksəlmək şansını qaçırıb.

36-cı tur
“Elçe” – “Sevilya” – 1:1
“Vilyarreal” – “Kadis” – 2:0
“Real” – “Rayo Valekano” – 2:1
“Espanyol” – “Atletiko” – 3:3
“Betis” – “Xetafe” – 0:1


 

0