"Fənər" UEFA siyahısını yenilədi
20.08.2025 - 14:44
“Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək oyunçuların siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” Super Liqanın I turunda “Göztəpə” ilə keçirilən oyunda (0:0) zədələnən Cenk Tosunu iştirak ərizəsindən çıxarıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi siyahıya 34 yaşlı hücumçunun əvəzinə Cengiz Ünderi daxil edib.
Qeyd edək ki, "Fənərbaxça" Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün öz meydanında "Benfika" ilə qarşılaşacaq.
- AL: Zamiq Əliyevin komandası məğlub oldu - YENİLƏNİB
- ÇL: “Fənərbaxça”nın potensial rəqibləri qarşılaşıblar - YENİLƏNİB
- Dambrauskas qələbəyə köklənib - “Öz gücümüzdən istifadə edəcəyik”
- Yakob Poulsen “Sabah”ı təriflədi - “Bizi güclü rəqib gözləyir”
- Konfrans Liqası: "Başakşəhər"dən heç-heçə - YENİLƏNİB
0
0