Fransanın qələbəsinə səxavətli əmsal - PROQNOZ
10.06.2022 - 10:16
Fransanın qələbəsinə səxavətli əmsal - PROQNOZ

Millətlər Liqasının qrup mərhələsində günün oyunu Vyanada baş tutacaq.

Apasport.az saytının məlumatına görə, turnirə uğursuz start götürən Fransa yığması A liqasının III turunda Avstriyanın qonağı olacaq.

Rusiyalı futbol eksperti Andrey Fomenko fransızların bu dəfə tilsimi qıracağını və ilk qalibiyyəti əldə edəcəyini düşünür. O, fikrini bu cür əsaslandırıb:

Millətlər Liqasının elit kvartetində keçirilən ilk iki tur kifayət qədər maraqlı mənzərə yaradıb. Bugünkü matçın hər iki iştirakçısı öz meydanında Danimarkaya eyni hesabla (1:2) uduzub. Ancaq Avstriyanın Xorvatiya üzərində səfər qələbəsi (3:0) varsa, Fransa elə həmin xorvatlarla heç-heçə (1:1) edib.

Bukmeker kontorları bu oyunda fransızların qələbəsini kifayət qədər səxavətli əmsal (1,85) veriblər.

Didye Deşamın kollektivi startda ümidləri doğrultmaya bilər. Ancaq qrupda qalmaq təhlükəsi komandanı qarşıdakı matçlarda uğura vadar edir. İlk qələbə də bu günə təsadüf etməlidir. Eyni zamanda, bu komandaların şəxsi duellərində Fransa total üstünlüyə malikdir – 9 oyunda 7 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət. Bukmeker kontorları bunu adi qarşılaşma hesab edir və qarşılıqlı hücumlar gözləmir.

Deşam Splitdəki matçda bəzi rotasiyalara əl atmışdı. Yəqin ki, çalışdırıcı Vyanada optimal heyəti meydana buraxacaq. Qonaqların qrupdakı durumlarına baxsaq, görərik ki, onlara mütləq qələbə lazımdır.

Proqnozum: Fransa qalib gələcək.
 

0