Fransaya yarım milyonluq MƏRC
05.12.2022 - 18:00
Fransaya yarım milyonluq MƏRC

Bukmeker kontorlarında növbəti diqqətçəkən uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər DÇ-2022-nin bir matçına cəsarətli mərc edib.

Better 1/8 finalda baş tutan Fransa – Polşa görüşünə foralı proqnoz verib. O, son dünya çempionunun 1,5-dən yuxarı fərqlə qalib gələcəyini təxmin edib.

Kontorun müştərisi buna yarım milyon rubl (13 min 750 manat) yatırıb. Didye Deşamın yetirmələri onun güvənini doğruldub.

3:1 hesablı qələbə qazanan “üçrənglilər” 1,98 əmsallıq variantın düz çıxması ilə nəticələnib. Better 990 min rubl (27 min 225 manat) uduşa sahib çıxıb.

Qeyd edək ki, Polşa səddini keçən Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.
 

0