Futbol Jurnalistləri Holand dedi
12.05.2023 - 23:09
Futbol Jurnalistləri Holand dedi

Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə, Ingiltərə Premyer Liqasının ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az saytı xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holand bu mükafata sahib çıxıb.

Norveçli futbolçu səslərin 82 faizini toplayıb. O, bu göstərici ilə “Arsenal”ın üzvləri Bukayo Sako və Martin Edaqoru qabaqlayıb.

Qeyd edək ki, ötən yayda “Mançester Siti”yə qoşulan Holand bütün turnirlərdə 51 qol vurub.
 

0