Çempionlar Liqasının ilk finalçısı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, İtaliya derbisində “İnter” “Milan”dan güclü olub.
Bir həftə əvvəl səfərdə qalib gələn İnzaginin yetirmələri cavab matçını da üstün başa vurublar. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.
“İnter” 13 ildən sonra ilk dəfə ÇL-in finalında oynamaq şansı qazanıb. Komanda 2009/10 mövsümündə həlledici görüşdə “Bavariya”ya qalib gəlmişdi (2:0)
Qeyd edək ki, yarımfinalın digər cütündə “Mançester Siti” Madrid “Real”ını qəbul edəcək (1:1).
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
“İnter” – “Milan” – 1:0
İlk oyun – 2:0
- DÇ-2026: Portuqaliya və Norveçdən darmadağın, Ukrayna pley-offda - YENİLƏNİB
- Didye Deşam: “Azərbaycan millisində əvvəlki illərlə müqayisədə irəliləyiş var”
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- DÇ-2026: Türkiyədən inamlı qələbə, İspaniyadan darmadağın - YENİLƏNİB
- Millimiz Şimali İrlandiyaya məğlub olub