"İnter"dən çətin qələbə
15.01.2023 - 01:39
"İnter"dən çətin qələbə

"İnter" İtaliya A Seriyasının XVIII turu çərçivəsində növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, Milan klubu öz meydanında "Verona"nı qəbul edib.

3-cü dəqiqədə argentinalı hücumçu Lautaro Martinesin vurduğu qol "İnter"ə qələbə qazandırıb.

Qeyd edək ki, "İnter" 37 xalla 4-cü sıradadır. "Yuventus"la eyni xala malik olan Milan təmsilçisi yalnız 1 top fərqinə görə "qoca sinyora"dan geridədir. 

0