![İtaliyalı hakim Çempionlar Liqasının yarımfinal matçından sonra ağladı](https://apasport.az/storage/news/2024/may/08/big/663b6d91c7f5b663b6d91c7f5c1715170705663b6d91c7f59663b6d91c7f5a.jpg)
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransada PSJ və Almaniyanın “Borussiya Dortmund” komandaları arasında keçirilmiş cavab matçının baş hakimi Daniele Orsato final fitindən sonra ağlayıb.
Apasport.az xəbər verir ki, italiyalı referi qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə oyun idarə etdiyi üçün gözyaşlarını saxlaya bilməyib.
Tanınmış hakim bu ilin yayında Almaniyada təşkil olunacaq Avropa çempionatından sonra karyerasını bitirməyi planlaşdırır.
Qeyd edək ki, “Borrusiya Dortmund” iki oyunun nəticəsinə əsasən, Fransa klubunu 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
- Avropa Liqası: "Qalatasaray" və "Fənərbaxça"nın matç saatları bəlli olub
- Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının vaxtı açıqlanıb
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Çempionlar Liqası: "Mançester Siti" pley-offda "Real"la qarşılaşacaq - YENİLƏNİB
- Xose Luis Mendilibar: “Bu, məni utandırır”