KL: Pley-offun daha 3 iştirakçısı müəyyənləşib - YENİLƏNİB
12.08.2026 - 22:31
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Keçirilən matçlardan sonra pley-off mərhələsinə yüksələn daha üç komanda bəlli olub.
Qeyd edək ki, mərhələyə sabah yekun vurulacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi (cavab oyunları)
20:00 "Kopenhagen" (Danimarka) - "Debretsen" (Macarıstan) 5:1
İlk oyun - 3:0
20:00 "Katoviçe" (Polşa) - "Hapoel" (Təl-Əviv, İsrail) 2:1
İlk oyun - 0:2
20:00 "Rapid" (Avstriya) - "Payde" (Estoniya) 2:0
İlk oyun - 4:1
0
0