Konfrans Liqası: "Aston Villa" "Ayaks"ı məğlub etdi - YENİLƏNİB
15.03.2024 - 02:45
Konfrans Liqası: "Aston Villa" "Ayaks"ı məğlub etdi - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" Yunanıstanda PAOK-un qonağı olub.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayıb. "Dinamo" ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib.

Türkiyə təmsilçisi "Fənərbaxça" isə doğma azarkeşləri önündə Belçikanın “Yunion Sent-Julliaz” kollektivini qəbul edib. Komanda ilk görüşdə 3:0 hesablı qələbə qazanıb. İstanbuldakı cavab oyunu saat 21:45-də start götürüb.

21:45. “Fənərbaxça” - “Sent-Jiloaz” - 0:1
İlk oyun – 3:0
21:45. PAOK - “Dinamo” Zaqreb - 5:1
İlk oyun - 0:2
21:45. “Fiorentina” - “Makkabi” Hayfa - 1:1
İlk oyun - 4:3
21:45. “Viktoriya” - “Servett” - 0:0 pen. 3:1
İlk oyun - 0:0
00:00. “Aston Villa” - “Ayaks” 4:0
İlk oyun - 0:0
00:00. “Brügge” - “Molde” 3:0
İlk oyun - 1:2
00:00. “Lill” - “Şturm” 1:1
İlk oyun - 3:0
00:00. “Makkabi” Təl-Əviv - “Olimpiakos” 1:6
İlk oyun – 4:1

0