Konfrans Liqasında ilk finalçı müəyyənləşdi - YENİLƏNİB
08.05.2024 - 22:37
Konfrans Liqasında ilk finalçı müəyyənləşdi - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında final mərhələsinə yüksələcək ilk komanda bəlli olub. 

Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Ümumi hesabda 4:3 qalib gələn İtaliya təmsilçisi finala vəsiqə qazanıb.

“Brügge” (Belçika) – “Fiorentina” (İtaliya) 1:1
Qollar: Vanaken, 20 – Beltran, 85-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

0