Konfrans Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi
21.04.2023 - 01:58
Konfrans Liqası: Bütün yarımfinalçılar müəyyənləşdi

Avropa Konfrans Liqasında son 2 yarımfinalçının adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunlar "Bazel" və "Vest Hem" olub. "Qarabağ"ı avrokuboklardan uzaqlaşdırmış "Gent" çətin London səfərində 1:0 öndə olsa da, üstünlüyü qoruya bilməyib və turnirdəki çıxışını dayandırıb.

Konfrans Liqası
1/4 final (cavab oyunları)

23:00 "Nitsa" (Fransa) – "Bazel" (İsveçrə) 1:2 (ƏLAVƏ VAXTDA – 0:1)
Qollar: 
Labor, 9 – Oqüsten, 86. Nuhu, 98
ilk oyun – 2:2

23:00 "Vest Hem" (İngiltərə) – "Gent" (Belçika) 4:1
Qollar:
 Antonio, 37; 63. Paketa, 55 (penalti). Rays, 58 – Kuypers, 26
ilk oyun – 1:1

Xatırladaq ki, daha əvvəl "AZ Alkmaar" və "Fyorentina" mərhələ adlamışdı.

0