Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
20.04.2023 - 23:41
Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB

Konfrans Liqasının daha bir yarımfinalçısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, "AZ Alkmaar"dır. Niderland klubu Belçikada "Anderlext"ə 0:2 uduzsa da, öz meydanında təcrübəli rəqibinə penaltilər seriyasında qalib gəlib.

20:45. "AZ Alkmaar" (Niderland) – "Anderlext" (Belçika) 2:0 (penaltilərdə – 4:1)
Qollar:
 Pavlidis, 5 (penalti). 13
ilk oyun – 0:2

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

22:42

UEFA Konfrans Liqasında ilk yarımfinalçı bəlli olub.

Apasport.az xəbər verir ki, 1/4 finalın cavab oyununda "Fyorentina" İtaliyada bu mövsüm "Qarabağ"ın avrokuboklardan uzaqlaşdırdığı "Lex"ə uduzsa da, adını növbəti mərhələyə yazdırmağı bacarıb.

Bu qarşılaşma ilə eyni saatda başlayan "AZ Alkmaar" – "Anderlext" (Belçika) görüşündə isə əlavə vaxt oynanılır.

Konfrans Liqası
1/4 final

20:45 "Fiorentina" (İtaliya) – "Lex" (Polşa) 2:3
Qollar: 
Sottil, 78. Kastrovilli, 90+2 – Souza, 9. Velde, 64 (penalti), Sobex, 69
İlk oyun – 4:1

0