Konfrans Liqasında bütün 1/4 finalçılar bilindi
17.03.2023 - 01:56
Konfrans Liqasında bütün 1/4 finalçılar bilindi

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq "Vest Hem", "Nis", "AZ Alkmaar" və "Anderlext" komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

Konfrans Liqası
1/8 final (cavab oyunları)
16 mart

“Nis” (Fransa) – “Şerif” (Moldova) 3:1
İlk oyun – 1:0

“Vest Hem” (İngiltərə) – AEK (Kipr) 4:0
İlk oyun – 2:0

“Vilyareal” (İspaniya) – “Anderlext” (Belçika) 0:1
İlk oyun – 1:1

"AZ Alkmaar" (Niderland) – "Latsyo" (İtaliya) 2:1
İlk oyun – 2:1

Qeyd edək ki, daha əvvəl Belçikanın "Gent", İtaliyanın "Fyorentina", Polşanın "Lex" və İsveçrənin "Bazel" komandaları 1/4 finala vəsiqə qazanıblar.

0