Konfrans Liqasının finalında ingilis-italyan dueli
19.05.2023 - 01:44
Konfrans Liqasının finalında ingilis-italyan dueli

Konfrans Liqasının finalçıları bəlli olub.

Apasport.az saytı xəbər verir ki, həlledici matçda İngiltərənin "Vest Hem" və İtaliyanın "Fiorentina" klubları qarşılaşacaq.

"Vest Hem" səfər matçını da qələbə ilə başa vurub. Qələbə üçün irəli atılan meydan sahibləri son saniyələrdə öz qapılarından top buraxıblar. Qonaq komanda 47 il sonra Avropa kuboklarında finala vəsiqə qazanıb.

"Fiorentina" isə evdəki məğlubiyyətin əvəzini çıxıb. Bir həftə əvvəl olduğu kimi, yenə də 2:1 hesabı qeydə alındığından qalib əlavə vaxtda müəyyən olunub. Barak İtaliya klubunu finala çıxaran qolun müəllifi olub.

Qeyd edək ki, final matçı iyunun 7-də Praqada keçiriləcək.

UEFA Konfrans Liqası

Yarımfinal, cavab oyunları 

"Bazel" - "Fiorentina" - 1:3 (əlavə vaxtda)

Qollar: Amduni, 56 - N. Qonales, 35; 72. Barak, 120+9.

İlk oyun - 2:1

"Alkmaar" - "Vest Hem" - 0:1

Qol: Fornals, 90+4

Ilk oyun - 1:2

0